ANS PRESS-in məlumatına görə, "Anthem of the Seas" gəmisi xarici və daxili görünüşü ilə insanları heyran edir. Sözügedən nəhəng gəmi bir ayda 80 mindən artıq turistə xidmət göstərir.
18 göyərtədən ibarət gəmidə 4905 sərnişin səyahət edə bilir. Gəmidə lüks istirahət üçün hər cür şərait yaradılıb.
Nəhəng gəmidə buz arenası, park, akvateatr, əyləncə mərkəzləri, sərbəstdüşmə attraksionları, idman-əyləncə kompleksi, restoranlar, kafelər və barlar xidmət göstərir.
Gəminin içərisində hətta uşaqlar üçün də attraksionlar quraşdırılıb.













MənbəANS PRESS