Pressaz.info saytının xəbərinə görə, bu gün saat 10:00-da "Koroğlu" metrosu yaxınlığında, üzü hava limanı istiqamətində yol nəqliyyat hadisəsi baş verib.Hava limanı istiqamətində yol nəqliyyat hadisəsi baş verib
Yolda 10-SV-553 dövlət nömrə nişanlı "Mercedes 190" markalı avtomobil və 99-EO-087 dövlət nömrə nişanlı "Kia Optima" əzilsə də, xoşbəxtlikdən, xəsarət alan yoxdur.
Hadisənin, ilkin ehtimala görə, yüksək sürətlə bağlı olduğu vurğulanır.
Aparılan araşdırmalardan sonra hansı sürücünün günahkar olması bəlli olacaq.
Milli.Az
