Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Ağsu rayonunda növbəti vətəndaş qəbulu keçiriləcək.

Komitədən ANS PRESS-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 25 aprel 2015-ci il tarixində Ağsu rayonunda keçirəcəyi vətəndaş qəbulu 27 aprel 2015-ci il tarixinə keçirilib.

Qəbulda Ağsu, Şamaxı, İsmayıllı, Qəbələ və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Gənclər Mərkəzində keçiriləcək.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsi:
(02022) 6 54 05, (02026) 5 01 07
Mənbə
ANS PRESS