Beynəlxalq valyuta fondunun keçmiş vitse-prezidenti Madriddə həbs olunub.

ANS PRESS-in mədlumatına görə, bu haqda EFE agentliyi bildirib.

İspaniyanın keçmiş iqtisadiyyat naziri və “Bankia” maliyyə qrupunun sabiq-rəhbəri Rodriqo Ratonu evində keçirilmiş üç saatlıq axtarışdan sonra saxlayıblar.

Rato çirkli pulların yuyulmasında, dələduzluqda və aktivlərin gizlədilməsində şübhəli bilinir.
Mənbə
ANS PRESS