ABŞ-ın Corciyva ştatında yaşayan 5 övlad anası, 35 yaşlı Reyçel Lehnardt həbs olunub. O, 16 yaşlı qızının sinif yoldaşlarını evə dəvət edərək onlarla cinsi əlaqədə olmaqda suçlanır.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, əxlaqsız ana içib sərxoş olandan sonra evinə çağırdığı gənc oğlanlarla "tvister" oynayıb. Bununla kifayətlənməyən L. Lehnardt 16 yaşlı qızının çılpaq fotolarını "qonaq"lara göstərib.
 
Sonra o, gənclərdən biri ilə, axırda da 16 yaşlı qızının sevgilisi ilə yatağa girib.
 
Polisdən verilən məlumata görə, sərxoş olmaqla yanaşı, 5 övlad anası həmin axşam narkotik maddələr də qəbul edib.
 
Reyçel Lehnardtın 4, 6, 8, 10 və 16 yaşlı 5 övladı var.
 
Milli.Az