[ 16 Aprel 2015 22:37 ]


Qusar. Vəli Turan – APA. Qusar rayonunda bıçaqlanma faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Gədəzeyxur kənd sakini 1973-cü il təvəllüdlü Bədəlxanov Əsəd Vahid oğlu bıçaqlanıb. O, Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Yaralıya döş qəfəsinin daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, vəziyyəti orta ağırdır.

 

Qusar rayon Polis Şöbəsindən bildirilib ki, Ə. Bədəlxanov qonşusu tərəfindən aralarında yaranan mübahisə zəminində bıçaqlanıb.

 

Hazırda onu bıçaqlayan şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.