Erməni sözünü deyənlər (VİDEO)
Bu azmış kimi, Türkiyə nədənsə, Avropa Birliyinə üzv olmaqda hələ də israr edir. Halbuki Avropa Birliyi türklərə elə bir şillə vurdu ki, bu tarixdən-tarixə ötürüləcək addım oldu.
Qazağıstana Avropa Parlamentinin qərarının doğurduğu mənfi assosiasiyanın təsiri altında gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkədə də məhz qondarma erməni soyqırımdan danışacağı gözlənilən idi. Hərçənd, o öz mövqeyini hələ səfər qabağı bildirmiş, Avropa Parlamentinin qərarını kəskin tənqid etmişdi.
“Avropa Parlamenti hansı qərarı verirsə versin. Bir qulağımızdan girər, o bir qulağımızdan çıxar”, - deyə Ərdoğan bildirib.
Qazağıstanda mühüm görüşlər keçirən Ərdoğan avropalıların qərarına təkrar münasibət bildirib. Nursultan Nazarbayevlə birgə təşkil etdiyi mətbuat konfransında o, bu qərarın hüquqi əsası olmadığına diqqət çəkib və ermənilərə çağırış edib:
“Ötən il aprelin 23-də Ermənistana barış əlimi uzatdım. Təəssüflər olsun ki, uzatdığım əl havada qaldı. Bu gün 1915-ci il hadisələrini bahanə edərək ölkəmizin əleyhinə qərarlar verən dövlətlərin, qurumların ermənilərin haqqını, hüququnu qorumaq, kədərini paylaşmaq kimi bir məqsədləri yoxdur. Hazırda verilən bütün qərarların bizim üçün heç bir önəmi yoxdur. Buradan bir daha ermənilərə dostluq çağrışı edirəm. Gəlin tarixi tarixçilərin ixtiyarına buraxaq”.
Avropa Parlamentinin qərarı isə Türkiyə mediasında ciddi müzakirə olunmaqdadır. Bu qərarın deklorasiya xarakteri daşıdığını, yəni hüquqi bir əsası olmadığını deyənlər də var, onun siyasi nəticəsinə inananlar da.
Əksəriyyət düşünür ki, Türkiyə ilə bağlı istənilən dinləmələrdə bu qərar mütləq öz sözünü deyəcək. Hər halda, türk dünyası Avropalıların ermənilərə dayı deməsinin şokunu yaşadığı bir vaxtda bir şok xəbər də Baş nazir Əhməd Davudoğlunun erməni əsilli müavini Etyen Mahçubyanı mahcub edib. O, vəzifəsindən azad olunub.
Düzdür, Mahçupyan bunu yaş həddi ilə əsaslandırıb. Deyib ki, 65 yaşı tamam olduğu üçün o, martın 9-dan vəzifəsini rəsmi yox, fəxri olaraq davam etdirirdi. İstənilən halda bu qərarın indi açıqlanması diqqət çəkir.
Xatırladaq ki, Etyen Mahçupyan Bosniya və Afrikada yaşananlar soyqırım kimi qəbul edilirsə, 1915-ci ildə ermənilərə qarşı törədilənlərə nədən “soyqırım” deyilməsin? fikri ilə gündəmə gəlmişdi.
Avropa Birliyinin bu qərarı əslində Türkiyə üçün sürpriz olmadı. İndi Ankranın daha bir dərdi var. Heç olmasa Birləşmiş Ştatlar prezidenti Barak Obama “soyqırım” deməsin. Bunun qarşısını alamaq üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu həftənin sonu okeanın o tayına gedəcək. Gözləyək görək ordan nə xəbər gələcək.
Mənbə
ANS TV: Ləman Əliəşrəfqızı
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10