Rusiya poliqonların keçirilməsi üçün kirayəyə götürmüş 1,6 milyon hektar ərazini Qazaxıstana qaytaracaq.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiyanın müdafiə naziri Serqey Şoyqu açıqlama verib.

"Bu gün Qazaxıstan ərazisində yerləşdirilmiş bizim sınaq poliqonlarımızdan istifadə haqqında dövlətlərarası razılaşmalara aid iki protokol imzaladıq", - deyə Şoyqu bildirib.

Müdafiə naziri onu da əlavə edib ki, icarə müddətində istifadə olunmayan torpaqlar da Qazaxıstana qaytarılacaq.
Mənbə
ANS PRESS