Azərbaycan ilə Pakistan arasında münasibətlər getdikcə möhkəmlənir
İslamabad, 16 aprel, AZƏRTAC
Azərbaycanın Pakistandaki səfiri Daşqın Şikarov bu ölkənin Senatının yeni seçilmiş sədr müavini Abdul Qafur Heydari ilə görüşüb.
Görüşdə səfir Azərbaycan-Pakistan münasibətləri haqqında danışıb, rəsmi İslamabadın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizi dəstəklədiyinə və Azərbaycan torpaqlarının işğalı səbəbindən Ermənistanı bir dövlət kimi tanımadığına görə minnətdarlıq edib. O, hər bir azərbaycanlının qəlbində Pakistan xalqına böyük məhəbbət olduğunu bildirib. Səfir Senat tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin qəbul olunması məsələsində bu qurumun tutduğu prinsipial mövqenin ölkəmizdə yüksək qiymətləndirildiyini söyləyib. O, işğal olunmuş Azərbaycan ərazilərində mayın 3-nə planlaşdırılan qondarma parlament seçkilərini tanımayan bəyanat verdiyinə görə A.Q.Heydariyə təşəkkür edib.
Diplomat Azərbaycanda aparılan yenidənqurma işləri, iqtisadi islahatlar, bu istiqamətdə əldə edilmiş uğurlar, birinci Avropa Oyunları ilə bağlı hazırlıq işləri haqqında məlumat verib.
Diqqətə çatdırılıb ki, Azərbaycan və Pakistan arasında münasibətlər getdikcə möhkəmlənir. Pakistan Prezidenti Məmnun Hüseynin bu ilin mart ayında Azərbaycana səfəri, keçirilmiş görüşlər, imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcək.
D.Şikarov A.Q.Heydarinin üzvü olduğu Camaat-e Ullama İslam Partiyasının Azərbaycanla əməkdaşlığını, partiyanın lideri Mollana Fazl ul Rehmanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərini və Azərbaycanda keçirdiyi yüksək səviyyəli görüşləri xatırlayıb.
Senat sədrinin müavini ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, Pakistanın Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bu mövqenin işğal altındakı torpaqlar tam azad olunana qədər davam edəcəyini bildirib.
İki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq haqqında danışan A.Q.Heydari Pakistan Senatı sədrinin müavinləri Mir Can Camali və Sabir Əli Bəlucun rəhbərlik etdikləri nümayəndə heyətlərinin Azərbaycana, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun və parlament üzvlərinin Pakistana səfərləri haqında danışıb.
Görüşdə regionda cərəyan edən hadisələr haqqında da fikir mübadiləsi aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10