Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Avropa Parlamentinin qondarma "erməni soyqırımı"nın Ankara tərəfindən tanınması üçün səyləri faydasız olacaq.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçirilmiş Türkiyə-Qazaxıstan iqtisadi forumunda deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin 1915-ci il hadisələri ilə əlaqədar qərarı Türkiyə üçün qəbuledilməzdir.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin Ermənistan xalqı ilə problemi yoxdur: "1915-ci il hadisələri zamanı türklər ermənilərdən daha çox əziyyət çəkiblər".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az