Bunu Trend-ə Fransa Senatının komissiya üzvü Natali Qule deyib.
Onun sözlərinə görə, Avropa Parlamentinin belə yanaşması ikili standartdır: "O, Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirməli və bu məsələlərə görə daha çox narahat olmalıdır. Parlament üzvləri tarixlə məşğul olmalı deyil. Onlar Dağlıq Qarabağ münaqişəsi kimi əsl real məsələlərlə məşğul olmalıdırlar".
N.Qule qeyd edib ki, həqiqət ondan ibarətdir ki, hazırda Ermənistanın işğalı nəticəsində məcburi köçkünə çevrilmiş insanlar (Azərbaycan vətəndaşları - red.) var: "Onlar Ermənistanın işğalı nəticəsində torpaqlarından ayrı düşüb və bu insanlara ədalət lazımdır".
Milli.Az