Azərbaycanın 4 müəssisəsi istehsal etdikləri məhsulları Rusiya bazarına çıxarmaq imkanı qazanıb
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və emalı məhsullarının Rusiya bazarlarına ixracının daha da genişləndirilməsi imkanları müzakirə edilib.
İqtisadiyyat və Sənaye Nazirliyində Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının görüşü olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan tərəfindən yaradılmış İşçi Qrupuna iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, Rusiya tərəfindən yaradılmış İşçi Qrupuna isə bu ölkənin kənd təsərrüfatı nazirinin müavini Andrey Volkov rəhbərlik edir. İşçi qruplarına hər iki ölkənin aidiyyəti dövlət qurumlarının nümayəndələri daxildir.
Görüşdə işçi qrupları tərəfindən görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, 16 Azərbaycan şirkəti ilə Rusiyanın 3 iri ticarət şəbəkəsi və logistik mərkəzi arasında kənd təsərrüfatı və emalı məhsullarının ixracı ilə bağlı 48 anlaşma memorandumu imzalanıb, 12 Azərbaycan şirkəti "Qızıl Payız" Rusiya aqrar-sənaye sərgisində iştirak edib, 2014-cü ilin oktyabr və noyabr aylarında Bakıda iş adamlarının görüşləri təşkil olunub. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar nəzarət üzrə Federal Xidmətinin əməkdaşları ölkəmizə səfər edib və sahibkarlıq subyektlərinə baxış keçirərək qiymətləndirmə aparıblar. Artıq Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən ilkin olaraq 4 Azərbaycan müəssisəsi ("AZFPCO" MMC (Milla), "АТЕNА" MMC, "Milk- Pro" MMC və "Ucar Aqro" MMC) reyestrə daxil edilib. Bu isə həmin müəssisələrə cari ilin martın 16-dan etibarən istehsal etdikləri məhsulları Rusiya Federasiyasına ixrac imkanı yaradır. Digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər aparılır.
Rusiya nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində bir sıra müəssisələrdə istehsal prosesi ilə tanış olublar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10