Avropa Mərkəzi Bankının prezidenti Mario Draqi mətbuat konfransı zamanı xuliqanın hücumuna məruz qalıb.
Milli.Az Reuters-ə istinadən bildirir ki, aprel ayı üçün faiz stavkalarının səviyyəsinin açıqlandığı konfrans zamanı əynində "Avropa Mərkəzi Bankının diktaturasına son!" yazılmış qara rəngli futbolka olan qadın masaya atılıb, ətrafına konfeti səpələyib.
Qadını mühafizəçilər tutublar.
Bu qadının kimliyi açıqlanmasa da, onun FEMEN mənsubu olduğu güman edilir.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.
















