[ 16 Aprel 2015 16:21 ]


Bakı – APA. Rusiya prezidenti Vladimir Putin Qərb ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasının şərtlərini açıqlayıb.

APA-nın məlumatına görə, V. Putin yerli telekanalların canlı yayımında bildirib ki, əsas şərt Rusiyaya hörmətin göstərilməsidir.

 

“Qərblə münasibətləri pozan biz olmamışıq. Biz əməkdaşlıq etmək istəyirik”, - deyə o bildirib.

 

Sanksiyalar vasitəsi ilə Rusiyaya ziyan vurmağın faydasız olduğunu deyən Putin qeyd edib ki, ABŞ-a tərəfdaşlar deyil, vassallar lazımdır: “Rusiya isə bu cür münasibətlər sistemində özünü görmür. Nəinki görmür, heç bu sistemdə yaşaya da bilməz”.