Terrorçu təşkilat İŞİD-a qatılan model qətlə yetirilib. ANS PRESS-in məlumatına görə, avstraliyalı keçmiş model Şarki Jamanın Suriyada öldürüldüyü bəlli olub.

Avstraliya mətbuatının məlumatına görə, model İŞİD-ın nəzarətində olan Fəllucada yaşayıb.

Somali əsilli modelin atası Dada Jama da oğlunun odlu silahla qətlə yetirildiyini təsdiqləyib.

Dada Jama oğlunun ötən il İŞİD-a qatıldığını deyib. Onun sözlərinə görə, ölüm xəbərini isə ona oğlunun dostları telefon vasitəsilə çatdırıblar.

Qeyd edək ki, Şarki Jama terror təşkilatına qatılmadan öncə Melbrunda modelliklə məşğul olub.


Mənbə
ANS PRESS