Bakı, 16 aprel, AZƏRTAC
Amerika-Azərbaycan Ticarət Palatası (USACC) mayın 26-da Nyu-Yorkda birinci Amerika-Azərbaycan bank və maliyyə forumunu keçirəcək.
AZƏRTAC Palatanın saytına istinadən xəbər verir ki, USACC-ın təşkilatçılığı, “PAŞA Bank” və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçiriləcək forumda Azərbaycana investisiya qoyuluşları və yerli bizneslə əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Müzakirələr neftin qiymətinin enməsi fonunda bank sahəsinin gələcəyi, regional dəyişiklik dinamikası və onun kapital bazarı, maliyyə və şəxsi kapital üçün nəticələri mövzularını əhatə edəcək.