"Geordie Shore" teleserialının ulduzlarından biri, müğənni Holli Haqan izafi çəkisindən qurtularaq incəbel xanıma çevrilib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, İngiltərənin Middlsbro şəhərində doğulmuş 22 yaşlı müğənni 4 il sürən pəhriz və məşqlərdən sonra model vücuduna yiyələnib.
"Nəhayət ki, istəyimə çatdım. Çox çətindi. Məşqlər ağır, məşəqqətli idi. Lakin qətiyyətli idim. İradəli, inadkar davrandım və axırda arzum çin oldu. Daha kök, tosqun bir qadın deyiləm", - Holli Haqan bildirib.
Teleserial ulduzu arıqlayandan sonra "Calvin Klein"ın yeni kolleksiyasının reklamına da çəkilib.
Milli.Az








