Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncə şəhər sakini İlkin Quliyevə qarşı soyğunçuluq edilib. Afət Quluzadə adlı şəxs onu bıçaqla hədələyərək pul və mobil telefonunu alıb. Afət Quluzadənin saxlanılması istiqamətində tədbirlər görülür.
Bu gün Goranboyun Nadirkənd kəndində evlərdən birindən oğurluq edilib. Oqtay Məmmədova məxsus mənzilə daxil olan maskalı naməlum şəxslər 1400 manat pul və qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən qaçıblar. Faktla bağlı araşdırma aparılır.
Milli.Az