"Yuventus"un yarımmüdafiəçisi Klaudio Markizio yaxın günlərdə klubla müqavilə yeniləyəcək.

Metbuat.az-ın xəbərinə görə, italiyalı futbolçunun sazişi 2019-cu ilə kimi nəzərdə tutulacaq. Tərəflər arasında bütün detallar razılaşdırılıb.

Cari mövsümdə 41 matçda meydana çıxan Markizionun aktivində 2 qol, 6 məhsuldar ötürmə var.