"Bu gün Dünyada Silahlı münaqişələr davam etməkdədir. Hazırda 80-nə yaxın siyasi münaqişə ocağı var. Onların çoxu alovlanmış şəkildədir".

 

Lent.az-ın məlumatına görə, bunu dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, hazırda münaqişələrin çoxu islam dünyasında baş verir: “Çox təəssüf ki, müasir dövrümüzdə təriqətlərarası münaqişələr üstünlük təşkil edir".

 

Daha sonra komitə sədri İslam maarifçiliyinə də toxunub. Bildirib ki, islam maarifçiliyi islam dini içərisində baş verir: "İslam tərəqqi dinidir. Bunu təşviq etməyə ehtiyac yoxdur. Çünki bu, Quranı-kərimdə özünü göstərir”.

 

M.Qurbanlı onu da əlavə edib ki, İslam ölkələri arasında koordinasiyaya ehtiyac var.