[ 16 Aprel 2015 12:06 ]


Bakı. Məlahət Nəcəfova - APA. “Təəssüf ki, Azərbaycan torpaqlarının bir hissəsi hələ də işğal altındadır”.

APA-nın məlumatına görə, bunu Türkiyənin sabiq prezidenti Abdulla Gül “Financial Times” Türkiyə Sammitində çıxışı zamanı deyib.

 

O bildirib ki, qonşu ölkələrdə baş verənlər Türkiyəni ilgiləndirir: “Qafqaz regionunda xroniki problemlər hələ davam edir. Azərbaycanla Ermənistan arasında guya atəşkəs rejimi var, amma zaman-zaman ölüm halları baş verir. Türkiyə-Ermənistan münasibətləri də hər kəsə məlumdur. Bütün bunlar Avropa ilə Asiya arasında bir qapı ola biləcək Qafqazı divara çevirib”.