Bakı. 16 aprel. REPORT.AZ/ Az'rbaycan Dövlət Dəniz Administrasiyası bu ilin yanvar-mart aylarında Xəzər dənizində 41 gəmi yoxlayıb. Yoxlanılan gəmilərin hər birində pozuntular qeyd alınıb.
"Report"a daxil olan məlumata görə, yoxlamalar zamanı Xəzərdəki gəmilərdə texniki və xilasedici vasitələrinin yararsız olması, onların istifadə müddətinin bitməsi, düzgün istifadə edilməməsi, tələblərə uyğun olmaması halları aşkar edilib.
Bundan başqa, son 8 ayda Xəzərdə İran və Rusiyaya məxsus ümumilikdə 35 gəmidə yoxlama işləri aparılıb. Bu gəmilərin ancaq 2-si istisna olmaqla, digərlərində nöqsanlar aşkar olunub və müvafiq aktlar tərtib edilib. Pozuntular əsasən İran gəmilərində olub.