Amerikalı supermodel, hamilə olduğu zamanlar yarıçılpaq fotolarını İnstagram-dakı profilində paylaşan amerikalı Sara Steyc ana olub.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 30 yaşlı Saranın yazdığına görə, dünən onun Ceyms Hanter adlı oğlu dünyaya gəlib.
ABŞ-ın Los-Anceles şəhərində yaşayan Sara Steyc hamiləliyinin son ikinci həftəsində yarıçılpaq fotolarını paylaşmaqla daha da məşhurlaşmışdı.
"Ceyms böyük, sağlam oğlandır. Ana olduğum üçün bəxtəvərəm", - Sara İnstagram-da yazıb.
Milli.Az










