[ 16 Aprel 2015 03:52 ]
Bakı – APA. Rusiyanın Nalçik şəhərinin ayrı-ayrı ərazilərində antiterror əməliyyatı rejimi tətbiq edilib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq qərar Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kabardin-Balkar Respublikasındakı operativ qərargahının rəhbəri tərəfindən verilib.
Əməliyyatın keçirildiyi müddətdə Nalçikin bir sıra mərkəzi küçə və prospektlərində müəyyən məhdudlaşdırıcı xarakterli tədbirlər görüləcəyi bildirilir. Antiterror əməliyyatı rejimi tətbiq edilməsinin səbəbi hələ ki, açıqlanmır