Aparıcıya canlı yayımda evlənmə təklifi edilib. ANS PRESS-in məlumatına görə, hadisə ABŞ-da baş verib.

CBS Sports kanalının aparıcısı Allie LaForce basketbol qarşılamasından əvvəl canlı yayıma bağlanan zaman bir fanatından sürpriz evlənmə təklifi alıb.

Qarşılaşmadan əvvəl arena ətrafından məlumatlar toplayan gözəl aparıcının qarşısında birdən diz çökən pərəstişkarı ona evlənmə təklif edib, barmağına üzük taxıb.

Bu vəziyyətə çaşıb qalan gözəl aparıcı "Aman Allahım, nə edirsən? Aaa mənə evlənmə təklifi edir" şəklində sözlər işlədib.








Mənbə
ANS PRESS