QHT-lərə Dövlət Dəstəyi Şurası 2015-ci ilin I rübünə yekun vurub
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ilin birinci rübünün yekunlarına həsr olunan iclas keçirilib.
Şura sədri, deputat Azay Quliyev iclası açaraq Şuranın birinci rübdəki fəaliyyətinə dair hesabat, 2015-ci il ikinci maliyyə yardımı müsabiqəsinin elan edilməsi, xarici QHT-lər üçün qrant müsabiqəsinə təqdim olunan layihələr, beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri haqqında məlumat verib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun Əsasnaməsinə və QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq 2015-ci ilin I rübündə görülən işlər haqqında məlumat verib.
Bildirilib ki, Şura Katibliyi 2015-ci ilin 1-ci maliyyə yardımı müsabiqəsi çərçivəsində maliyyələşən layihələrin icrasının effektivliyinin artırılması məqsədilə QHT rəhbərləri və mühasibləri üçün layihələrin idarə olunması və hesabatların təqdim edilməsi mövzularında məlumatlandırma sessiyaları keçirib. Cari ilin yanvar ayından başlayaraq mart ayının sonuna qədər Şura Katibliyinin əməkdaşları Milli Mühasibat Uçotu Standartlarına uyğun 2014-cü il üçün maliyyə hesabatlarının hazırlanması işində 300 QHT-yə xidmət göstərib. Bu təşkilatlardan 100-ü region QHT-ləridir. Katiblik əməkdaşları Şuranın ofisində və Azərbaycan Milli QHT Forumunun Quba, Qəbələ, Şirvan, Mingəçevir və Şəmkir şəhərlərindəki Regional QHT-lərin Resurs və Təlim mərkəzlərində yerli təşkilatlar üçün konsultativ və praktik xidmətlər təşkil edib.
2015-ci ilin birinci maliyyə müsabiqəsinə Şuranın martın 13-də keçirilən iclasında yekun vurularaq 387 QHT-nin layihəsinin maliyyələşdirilməsi haqda qərar qəbul edilib.
Ötən rüb ərzində Şuranın 11 iclası keçirilərək fəaliyyətin səmərəli təşkili, maliyyə yardımı müsabiqələrinin icrası, müsabiqə nəticələrinin müzakirəsi, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasından irəli gələn digər məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
Şura ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində “Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzi”nin açılış mərasimi keçirilib. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun idarəçiliyinə verilən Mərkəz QHT-lərin resurslarının artırılmasına xidmət edir.
Birinci rübdə Şurada beynəlxalq təşkilatlar və diplomatik korpus nümayəndələri ilə keçirilən görüşlərdə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Şuranın maliyyə yardımı ilə xarici QHT-lər tərəfindən Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika və Latviyada Azərbaycanın müasir inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında konfranslar keçirilib. Şuranın dəstəyi ilə hazırda xarici QHT-lərin layihələrinin icrası davam edir.
İclasda 15 aprel – 15 may tarixlərində müvafiq mövzular üzrə 2015-ci ilin II qrant müsabiqəsinin elan edilməsi haqqında qərar qəbul olunub. Müsabiqənin mövzusu, şərt və qaydaları haqqında məlumat www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az saytlarında yerləşdirilib.
İclasda “Daşınmaz Əmlak Sahiblərinə Hüquqi Yardım” İctimai Birliyinin müraciəti nəzərə alınaraq Şuranın 2015-ci il I qrant müsabiqəsi çərçivəsində təşkilatın layihəsinin maliyələşdirilməsi haqqında qərar ləğv edilib.
Şura üzvləri iclasda xarici QHT-lər üçün qrant müsabiqəsinə təqdim olunan layihələrlə bağlı müzakirələr aparıb və müvafiq qərarlar qəbul ediblər.
İclasda, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri müzakirə edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51