Kiyev, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Ukraynanın İrpen şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım mərasimi olub.
Azərbaycan xalqının şanlı qızının İrpenin mərkəzində ucaldılmış abidəsi önündə keçirilmiş mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, “SOCAR” şirkətinin bu ölkədəki nümayəndəliyinin rəhbərləri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Xatırladaq ki, İrpendə Zərifə xanım Əliyevanın adını daşıyan park və onun muzeyinin fəaliyyət göstərdiyi məktəb yaradılıb.

Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev