Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin əməkdaşları tərəfindən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” na əsasən bu ilin yanvar-aprel aylarında televiziyaların dilinin monitorinqi aparılıb.
Dilçilik İnstitutundan AZƏRTAC-a bildiriblər ki, aprelin 17-də AMEA-nın əsas binasında bu elm müəssisəsi Milli Televiziya və Radio Şurası ilə birgə monitorinqin nəticələri ilə bağlı “Televiziyaların xəbər proqramlarının dili” mövzusunda mətbuat konfransı keçirəcək.