Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı, sürücü Hafiz Qəhrəmani və onun köməkçisi, Azərbaycan vətəndaşı Emin Mehtiyevin idarə etdikləri “Skania” markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib.
 
Milli.Az Region TV-yə istinadən xəbər verir ki, baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtobusun yük yerindəki çilçırağın içərisindən 2 ədəd bükümdə, ümumi xalis çəkisi 15,42 qram olan narkotik vasitə - marixuana aşkar olunub.
Faktla bağlı təhqiqat aparılır.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото