[ 15 Aprel 2015 19:34 ]
Gəncə. Azər Məmmədli – APA. “ABŞ-la Azərbaycan arasında bütün sahələrdə uğurlu əməkdaşlıq mövcuddur”.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Gəncəyə səfəri zamanı bəyan edib.
Diplomat bildirib ki, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiyalar yatırması üçün addımlar atılır.
R. Sekuta SOCAR-la neft-qaz ehtiyatlarının hasilatı və nəqli istiqamətində əməkdaşlıq edildiyini, habelə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasına lazımi dəstək verməyə çalışdıqlarını bildirib.