Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, səhər saatlarından həmin hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Təmir çərçivəsində nəzərdə tutulan digər işlər də paralel olaraq həyata keçirilir.
"Hava şəraiti normal keçərsə, yaxın günlərdə asfalt-beton işləri tamamilə yekunlaşacaq", - "Azəryolservis"dən bildirilib.


