"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu haqda Pakistan Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, "Ghauri" adlı raket 1300 km uzaqlıqdakı hədəfi vura, həmin məsafəyə nüvə və adi döyüş başlığı daşıya bilir.
Pakistanın prezidenti Məmnun Hüseyn və baş nazir Nəvaz Şərif raketin sınaqdan uğurla keçməsi münasibəti ilə alimləri və mühəndisləri təbrik edib.
Məlumatda bildirilib ki, "Ghauri" raketinin istehsalına 1990-cı ildən başlanılıb. İlk uğurlu sınaq 1998-ci ildə keçirilib. 2 min km uzaqlıqda yerləşən hədəfi vura bilən "Ghauri-II" raketinin uğurlu sınağı 1999-cu ildə olub. Üç min km uzaqlıqdakı hədəfi vura biləcək "Ghauri-III" raketinin hazırlanması üzərində işlər davam edir.