[ 15 Aprel 2015 17:43 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsində işlər sürətlə davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəyolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, səhər saatlarından həmin hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Eyni zamanda təmir işləri çərçivəsində nəzərdə tutulan digər işlər də paralel olaraq həyata keçirilir.
Hava şəraiti normal keçərsə, yaxın günlərdə asfalt-beton işləri tamamilə yekunlaşacaq.