Aralıq dənizində bir neçə gün əvvəl batan gəmidəki miqrantların axtarışları davam edir. Liviya sahillərindən bir neçə kilometr uzaqlaşdıqdan sonra suya qərq olan gəmidə 400-dək miqrant olub.

ANS PRESS-in məlumatına görə, hadisə yerinə ilk olaraq İtaliya sərhədçiləri çatıb. Onlar gəmidə 144 miqrantı xilas edib, 9 nəfərin meyitini tapıblar. Hazırda 243 nəfərin meyiti tapılmayıb.

Avropa İttifaqının (Aİ) miqrasiya üzrə komissarı Dimitris Avramopoulos Brüsseldə Avropa parlamentinin iclasında çıxışı zamanı deyib ki, bizim regiona gələn miqrantların artan sayı narahatlıq doğurur. Biz bu barədə daha ciddi düşünməliyik.

Xatırladaq ki, gəmi aprelin 12-də Liviyadan çıxandan bir gün sonra batıb. Ümumiyyətlə, aprelin 10-dan bəri Aralıq dənizində 7 min miqrantın həyatını xilas etmək mümkün olub.
Mənbə
ANS PRESS