ANS PRESS-in məlumatına görə, əlil olduğunu bildirən Ali Özbey Malatya şəhər valiliyinin qarşısında üzərinə benzin tökərək yandırıb.
Ali Özbey əvvəllər dövlətin verdiyi yardım və pensiya hesabına dolandığını bildirib. O, deyib ki, bir neçə aydır ona verilən pul dayandırılıb. Hazırda 2 min Türk lirəsi (750 ABŞ dollar) borcu olduğunu, həmçinin qaldığı evin kirayə haqqını ödəyə bilmədiyini vurğulayıb. Üstünə benzin tökən şəxs bir saniyə içində alova qərq olub.
Valiliyin yaxınlığında xidmət göstərən mühafizə polisi dərhal həmin şəxsə kömək edib. Yanğın söndürülüb. Şəhər valisi Süleyman Kamçi hadisə yerinə gəlib. Vali intihara cəhd edən Ali Özbeylə danışıb. Vali onun borclarını ödəyəcəyini və kirayə haqqının dövlət tərəfindən ödəniləcəyinə söz verib. Vali öz növbəsində Ali Özbeydən bir daha özünü öldürməməyi tapşırıb.






MənbəANS PRESS