AGBank-ın Bərdədə yerləşən şöbəsi indi artıq filial kimi fəaliyyət göstərəcək.
Həmvətənlilərimizə ölkəmizin bir çox rayon və şəhərlərində xidmət göstərən AGBank istifadəçilərin ehtiyaclarını nəzərə alaraq xidmət sahəsini genişləndirir. Belə ki, 2008-ci ildə Bərdə şəhərində əhalinin ixtiyarına verilmiş şöbə böyüyərək filial statusuna sahib oldu. Bu illər ərzində qazandığı geniş müştəri bazası yeni, daha böyük nümayəndəliyin yaranmasında ehtiyac yaratdı. Yeni ünvan Heydər Əliyev 83 prospektində fəaliyyətə başlayan filial ən müasir avadanlıqlarla təchiz edilib və bütün növ bank xidmətlərini göstərməkdədir. Filialda bankın müştərilərinə sərfəli şərtlərlə kreditlər, depozitlər, pul köçürmələri, kommunal ödənişlər üzrə xidmətlər göstərilir. Qeyd edək ki, Bərdə filialı nəinki bərdəlilərə, eləcə də Tərtər, Beyləqan, Yevlax, Ağcabədi, İmişli əhalisinə də xidmət göstərir.
AGBank-ın Bərdə filialı bazar ertəsi – cümə saat 9.00-dan 18.00-a kimi müştərilərin xidmətindədir. Filialın əlaqə nömrələri: (+994 20) 205 29 66; 205 29 75.
Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.
