Bakı, 15 aprel, Pərvanə İmanova, AZƏRTAC
Aprelin 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.
Sonra AMEA-nın müxbir üzvü Əjdər Məcidovun “Molekulyar keçiricilər və maqnitlər” mövzusunda məruzəsi dinlənilib.
İclasda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatlarına keçirilən müsabiqələrin nəticələri barədə məlumat verilib, bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılıb