Bakı, 15 aprel, AZƏRTAC
Bu ilin birinci rübündə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 5,8 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çox sənaye məhsulu istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, mədənçıxarma bölməsində məhsul istehsalı 5,6 faiz, o cümlədən neft hasilatı 1,8 faiz, əmtəəlik qaz hasilatı isə 11,2 faiz artıb.
Sənaye məhsulunun 58,7 faizi mədənçıxarma bölməsində, 30,9 faizi emal bölməsində, 9,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal edilib.