Maliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılan AİİB-nin aprelin 27-də Çinin paytaxtı Pekində keçiriləcək təsis müzakirələrində Azərbaycan Maliyyə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan 2015-ci il martln 31-də Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü olmaq niyyətini rəsmi olaraq bəyan edib.