Bərdə rayonunda yaşayış evinə basqın olub. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, hadisə ötən gecə saat 3.00 radələrində Türkman kənd sakini Çingiz Əli oğlu Əliyevin evində qeydə alınıb.
Çingiz Əliyevin bildirdiyinə görə, evə gələn tanımadığı şəxslər heç nə soruşmadan ona qarşı fiziki zor tətbiq ediblər. Bıçaqla yüngül xəsarətlər yetiriblər. Basqınçılar qaçarkən evdə onlara məxsus gödəkçə və bir ədəd bıçaq da qalıb. Milli.Az