ANS PRESS-in məlumatına görə, Amerikada keçirdiyi beyin əməliyyatından sonra müalicəsini davam etdirən məşhur müğənni Instagram-dan maraqlı fotolar paylaşıb.
Fotodan göründüyü kimi Tatlısesi ziyarətə gedən oğlu İdo atasına çiy köftə gətirib. İbrahim Tatlıses fotonu paylaşarkən altına qeyd yazıb:
"Sivasdan çıxdım yola, Mayamidə verdim fasilə. Eşitdim İdo ziyarətimə gəlib. Hədiyyəsi çiy köftə ola!!"- deyə Tatlıses yazıb.
Fotoya sənətçini sevənlərdən çox sayda şərh gəlib.
Qeyd edək ki, bir müddət öncə məşhur müğənni beyin əməliyyatı keçirib. Həlkimlər əməliyyatdan sonra Tatlısesin vəziyyətinin yaxşıya doğru getdiyini bildiriblər.

MənbəANS PRESS