Azərbaycan, Bakı, 15 aprel /Trend/
Böyük Britaniyanın nüfuzlu “The Daily Star” qəzetində Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına həsr olunan məqalə dərc olunub.
Trend-in məlumatına görə, məqalədə deyilir: “Bakı Şərqlə Qərbin görüşdüyü, sürətlə inkişaf edən şəhərdir”.
Müəllif yazır ki, “Eurovision-2012” mahnı müsabiqəsindən sonra Bakı Avropa Oyunlarını da qəbul etməyə hazırlaşır: “Bu tədbirin keçirilməsi üçün Bakıda bir neçə obyekt inşa edilib”.
Məqalədə qeyd olunur ki, Bakıda bir sıra başqa yarışların da – 2016-cı ildə “Formula-1”, 2017-ci ildə “İslam oyunları”, 2020-ci ildə isə Avropa Çempionatı üzrə bir neçə görüşün keçirilməsi gözlənilir.
Məqalədə Bakıda son illərdə inşa edilmiş “Flame Towers” kompleksi, Heydər Əliyev Mərkəzi və Xalça Muzeyi haqqında da məlumat verilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az