Bakıda itkin düşən şəxs xəstəxanada tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də itkin düşmüş Yan Raznabarskiyin həmin gün dərmandan zəhərlənməsi və  xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.