[ 15 Aprel 2015 11:06 ]
Xaçmaz. Vəli Turan – APA. Bu gün səhər saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində avtomobil yanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Rusiya vətəndaşına məxsus, yüklə dolu “Volvo” markalı yük avtomobili yanmağa başlayıb. Hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.