Rasim Əliquliyev: “Bu gün ölkəmizdə qurulmaqda olan biliklər cəmiyyətinin baza qanunları əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlıdır”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, akademik Rasim Əliquliyev bu fikri
AMEA Rəyasət Heyətində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) nümayəndələri İzabella Pimenteli və Giulio Zanetti ilə keçirilən görüşdə səsləndirib. Akademiyadan qeyd edilib ki, görüş Azərbaycanda əqli mülkiyyət biliklərinin aşılanmasına dair təlimlərin təşkili ilə bağlı müzakirələr aparmaq və bu sahədə mütəxəssislərin hazırlanmasına köməklik göstərmək məqsədi daşıyıb.
Akademik Rasim Əliquliyev cari ilin 24-26 aprel tarixlərində AMEA, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan üçtərəfli tədbirdə Azərbaycan alimlərinin müəlliflik hüquqları və intellektual mühitin formalaşması problemlərinin müzakirəyə çıxarılacağını diqqətə çatdırıb. Bu gün intellektual mülkiyyətin qorunmasının qloballaşma prosesində ən böyük problemlərdən biri olduğunu vurğulayan R.Əliquliyev Azərbaycanda bu sahədə müşahidə olunan çatışmazlıqlardan danışıb.
İntellektual mülkiyyətin qorunması ilə bağlı ölkənin ümumtəhsil və ali məktəblərində maarifləndirmə işlərinin aparılmasının zəruriliyini önə çəkib. Cari ildən etibarən AMEA-da magistratura pilləsi üzrə qəbulun həyata keçiriləcəyini bildirən alim əsas məqsədin elm və təhsil arasında körpü yaratmaq olduğunu qeyd edib.
AMEA-da təhsil alacaq tələbələri intellektual mülkiyyətlə bağlı məlumatlandırmaq üçün xüsusi proqramın hazırlanmasının vacibliyini vurğulayıb, bu hüquqların alimlərin fəaliyyətində xüsusi rol oynadığını nəzərə çatdırıb. R.Əliquliyevin sözlərinə görə, ölkənin təhsil sistemində də bu biliklərin kütləvi şəkildə aşılanması üçün lazımi tədbirlər görülməlidir.
Alim bu məqsədlə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin iştirakı ilə yay məktəblərinin təşkili və iştirakçıların sertifikatlarla təmin edilməsinin məqsədəuyğun olduğunu dilə gətirib.
AMEA Rəyasət Heyətinin Elm və təhsil idarəsinin rəisi, texnika elmləri doktoru Əminağa Sadıqov qeyd edib ki, bu gün AMEA alimlərinin 30-40 il ərzində apardıqları tədqiqat işlərinin nəticələri xarici şirkətlərə asanlıqla ötürülür. Ə.Sadıqov ölkəmizdə əqli mülkiyyətin qorunması ilə bağlı problemlərdən söz açaraq, bu sahədə normativ hüquqi aktların, müəyyən qanunların qəbulunun, layihələrin həyata keçirilməsinin mürəkkəb məsələ olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, hətta dövlət orqanlarında zəruri biliklərin olmaması bu sahədə qanunların sürətlə qəbul olunmasına maneçilik törədir. Bu səbəbdən ali təhsil müəssisələrində əqli mülkiyyətin qorunmasına dair biliklərin aşılanması, bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması bizə başladığımız missiyanı uğurla başa çatdırmağa kömək edəcək.
ÜƏMT-nin Akademiyasının mütəxəssisi İzabella Pimenteli bildirib ki, təmsil etdiyi qurumun əsas məqsədi Azərbaycanda, o cümlədən AMEA-da əqli mülkiyyətlə bağlı treninqlərin təşkili, fəlsəfə doktorlarına bu hüquqlarla bağlı bilikləri aşılamaq, onlarla təcrübəni bölüşməkdir.
Qonaq bu məqsədlə Tədbirlər Planının hazırlanacağını və seminarların plan əsasında keçiriləcəyini vurğulayıb.
Həqiqət İSABALAYEVA
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10