Somalidə nazirlik binasına hücum həyata keçirilib.Əş-Şəbab terrorçularından 7 nəfər məhv edilib
Anspress-in məlumatına görə, Somalinin paytaxtı Moqadişoda Əl-Qaidə terror qruplaşmasına bağlı əş-Şəbab qruplaşması təhsil və neft nazirliklərinin yerləşdiyi hökumət binasına bombalı hücum edib.
Somali hökuməti sözçüsü Ridvan Haci yaşanan hadisə ilə bağlı verdiyi açıqlamada 8-i mülki vətəndaş olmaqla, 10 nəfərin öldüyünü bildirib.
Əş-Şəbab terrorçularından isə 7 nəfər məhv edilib.
Somali dövlət radiosu baş verən hadisədə yaralıların da olduğunu açıqlayıb. Hökumət qüvvələri terrorçuların əlində olan girovları azad etməyə nail olublar.
Xatırladaq ki, əş-Şəbab terrorçuları sonuncu dəfə bu ay Keniyada universitetə hücum etmiş və 148 nəfərin ölümünə səbəb olmuşdular.
Milli.Az