Diomed Asiya və Amerika qitələri arasında olan Berinq dənizindəki adalar qrupudur.

ANS PRESS-in coğrafi mənbələrə istinadən verdiyi məlumata görə, adalardan Böyük Diomed Rusiyaya, Kiçik Diomed isə Amerikaya aiddir.

Amerika Diomedinin 150-yə yaxın sakini var, Rusiya Diomedi isə kimsəsiz adadır.

İki adanın arasındakı məsafə təxminən 4 kilometrdir və arada gün dəyişilməsi xətti var.

Yəni Kiçik Diomeddən Böyük Diomedə baxan bir nəfər sadəcə başqa bir ölkə və başqa bir qitə yox, həm də sabahı görür.




















Mənbə
ANS PRESS