Bir günlük Sovet dövrünə döndülər (VİDEO)
ANS TV-nin Moskva bürosunun məlumatına görə, Moskvanın sovet dövründən bəri məşhur olan Mərkəzi Uşaq Dünyasında açılan Uşaqlıq Muzeyi qonaqları sözün həqiqi mənasında həmin illərə aparır.
Öz uşaqlıq illərini xatırlamaq imkanı yaradılan muzeydə 1950-80-ci illər arasında istehsal olunan oyuncaqlar nümayiş edilir. Muzeydəki bütün oyuncaqların vətəndaşlardan satın alınaraq toplanıb. Amma sərgi iştirakçılarının sözlərinə görə, evlərdə həmin vaxtdan qalan əksər eksponatlar pis vəziyyətdə olduğundan daha yaxşılarını tapmaq uzun zaman və əmək tələb edib.
Əldə olunan oyuncaqlar muzeydə növbə ilə nümayiş etdiriləcək. Metaldan hazırlanan tikiş maşını, ət çəkən maşını, ütü kimi oyuncaqların öz funksiyaları ilə də həqiqi texnikanı əvəz edə biləcək şəkildə hazırlanması diqqət çəkirdi.
“Sovet İttifaqı vaxtında hər bir oğlan uşağı kosmonavt olmağı arzu edirdi. Ona görə kosmosla bağlı oyuncaqlar həddindən artıq çoxdur. Raketlərdən başqa, Mars səthində və başqa planetlərdə hərəkət edən maşınlar da çoxluq təşkil edirdi. Bu maşın isə gələcəkdəki insanların belə aparatların içində aya səfər edəcəklərini canlandırırdı”, – deyə Muzeyin direktoru Mixail Korobko bildirib.
Muzeydəki əsərlər oyuncaqlardan ibarət olsa da, daha çox yaşlıların marağına səbəb oldu.
“Bu oyuncaqlar insanın qəlbini oxşayır. Uşaqlığımız bunlarla keçib. Hər evdə bu oyuncaqlardan vardı. Təəssüf ki, indiki oyuncaqlarda belə xoş aura hiss edilmir. Ona görə bizi yenidən o illərə qaytardığı üçün muzeyə minnətdarıq”, - deyə sərgi iştirakçısı Valentina Savelyeva bildirib.
İkinci dünya müharibəsindəki qələbinin 70-ci ildönümü münasibətiylə muzeydəki eksponatların önümüzdəki günlərdə hərbi oyuncaqlarla əvəz olunacağı bildirildi.
Mənbə
ANS TV: Aqşin Sabiroğlu
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10