Roma papası Fransiskin “erməni soqrımı” ifadəsini işlətməsi Bakıda da etirazlara səbəb oldu. Bu gün toplanan parlamentdə millət vəkilləri Vatikanın Türkiyəyə qarşı etdiyi haqsızlığa biganə qalmadılar. Amma bu gün parlamentdə o da məlum olub ki, iki həftədən bir toplanan millət vəkilləri ilə bağlı özəl məqamlar da ortaya çıxdı.

Roma Papasının 1915-ci il hadisələrini “soyqırım” adlandırmasına parlamentdə etiraz edildi. Millət vəkilləri papa Fransiskin sözlərini həqiqətdən uzaq, tarixi faktlara söykənməyən fikir adlandırdılar. Millət vəkillərindən, xalq artisti Zeynəb Xanlarova Roma papasını 40-ı çıxmış dini lider adlandırdı və həmkarlarını ona baş qoşmamağa çağırdı.

Spiker Oqtay Əsədov isə ikili standartlardan danışdı:

“Dini lider sülh mesajı verməlidir. İnsanları sülhə dəvət etməlidir. Onlar siyasətlə məşğul olmamalıdı, ikili standartlara getməməlidir. 100 il əvvəl olmuş hadisəsini deyir. Amma 20 il əvvəl Xocalı hadisəsini dilə gətirmir. Halbuki, fakt sübut olub, lent və video, hamısı var”.

Daha sonra Avropa oyunları öncəsi Azərbaycana qarşı kampaniya aparılması, saxta hesabatlarla şantaj edilməsinə diqqət çəkildi. Spiker oyunlara qarşı çıxanları ermənidən də pis adlandırdı. Oqtay Əsədov Azərbaycan müxalifəti və iqtidarının milli məsələlərlə birilk nümayiş etdirə bilməməsindən söz açdı.

Toponimiya komissiyasının vəvat etmiş iki üzvü, o cümlədən üç il əvvəl dünyasını dəyişmiş akademik Budaq Budaqovun yerinə bu gün təyinat oldu.

Sonra Hesablama Palatası sədri Vüqar Gülməmmədovun hesabatı dinlənildi. Palata sədri nöqsanlara yol verən qurumların adlarını açıqlamasa da, mətbuatın yazdığına görə belə orqanların sayı 10-ladır. Onların arasında ali təhsil ocaqları da var. Məsələn, Dövlət Neft Akademiyasında yol verilmiş nöqsanlara işindən kənarlaşdırılanlar da olub.

Hesabatın müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov bildirdi ki, müqayisə MDB ilə deyil, Avropa ölkələri ilə aparılmalı və tənbeh tədbirləri yuxarı vəzifəli şəxslərə də qarşı görülməlidir:

Hesablama Palatasının hesabatı səsə qoyulan zaman parlamentdə az-az təsadüf edilən hal yaşandı. Yetərsay olmadığından səsvermə baş tutmadı. Bu isə Spikerin haqlı iradına səbəb oldu.
Bundan sonra hesabat yenidən səsə qoyularaq qəbul edildi.

Mənbə
ANS TV: İlkin Kərimov