İlham Əliyev: Hər bir kəs ləyaqət, ədəb-ərkan, vətənpərvərlik hissini özü ilə irəli aparmalıdır
Bakı, 14 aprel, AZƏRTAC
Hər kəs üçün ata yaxın, doğma insandır. Mən bu insana, eyni zamanda, sonsuz hörmət, etimad və iftixarla yanaşırdım. Çünki onun bütün həyatı, mübarizəsi, taleyi və dəyanəti hamı üçün əsl nümunədir.
Dünya şöhrətli siyasi xadim, xalqımızın iftixarı Heydər Əliyev haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ildə Rusiyanın TASS İnformasiya Agentliyinin şef-redaktoru, agentliyin baş direktorunun birinci müavini, “Hakimiyyət formulu” silsilə televiziya verilişlərinin müəllifi və aparıcısı Mixail Qusmana verdiyi müsahibədə dediyi bu sözlər dövlətimizin başçısının təkcə siyasətçi kimi deyil, siyasətdə, diplomatiyada, həyata baxışda əsas dərslərini aldığı atasının parlaq şəxsiyyətinə heyran olan oğul obrazını oxucular qarşısında canlandırır.
Bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Rusiya paytaxtında təqdimat mərasimi keçirilən “Hakimiyyət formulu ... və daha 65 müsahibə” kitabında dərc edilmiş müsahibədə Prezident İlham Əliyevin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil aldığı illər haqqında bir çox maraqlı xatirələri, ölkənin inkişaf strategiyasına baxışları, Azərbaycanın ən yaralı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə fikirləri yer alıb. Burada Prezidentin qızlarının – Leyla və Arzunun dedikləri də öz əksini tapıb. Onlar üçün ata hər şeydən əvvəl “çox nadir hallarda nəyi isə irad tutan, heç vaxt öz nöqteyi-nəzərini qəbul etdirməyə çalışmayan bir dostdur”. Dövlətimizin başçısı Azərbaycan həqiqətlərinin təbliğində Heydər Əliyev Fonduna rəhbərlik edən birinci xanım Mehriban Əliyevanın rolunu, onun UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Gimnastika Federasiyasının rəhbəri kimi apardığı çox böyük işi də xüsusi vurğulayır.
Prezident İlham Əliyev müsahibəsində bildirir ki, Azərbaycan müsəlman Şərqində demokratik respublika yaradan ilk ölkədir. İlk dəfə olaraq demokratik parlament yaradıb. İlk dəfə olaraq qadınlara seçib-seçilmək hüququ verib. Dövlətimizin başçısı Azərbaycan dövlətçiliyi ənənələrinin bütün sahələrdə ölkəmizin indiki müvəffəqiyyətlərinin təməli olduğunu vurğulayaraq iqtisadiyyat sahəsində, sosial sahədə, xarici siyasətdə respublikanın qazandığı nailiyyətlərdən söhbət açıb. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsindən danışaraq deyib: “Müstəqilliyin 20 ili ərzində biz buna nail olmuşuq ki, 155 ölkə gərgin mübarizədə bizim namizədliyimizi dəstəkləyib. Əminəm ki, nüfuz, imic xarakterindən əlavə, bizim Təhlükəsizlik Şurasında üzvlüyümüzün praktiki səmərəsi olacaqdır”.
“Gələcəkdən danışarkən keçmişdən nə götürmək istərdiniz və Sizi həmişə nə müşayiət edərdi?” sualına Prezident İlham Əliyev onu bir insan və bir siyasətçi kimi, şübhəsiz, daha yaxşı səciyyələndirən cavab verir: “Ləyaqəti keçmişdə qoymaq olmaz. Heç bir halda. Ədəb-ərkan hissini, insanlara xoş münasibət hissini, vətənpərvərlik hissini. Düşünürəm ki, hər bir kəs bu əsas məqamları özü ilə irəli aparmalıdır”.
Ümumiyyətlə, bu seriyadan artıq üçüncü olan “Hakimiyyət formulu” kitabına 2010-2014-cü illərdə müxtəlif ölkələrin liderləri, monarxlar, dünyanın ən böyük beynəlxalq təşkilatlarının rəhbərləri ilə 65 müsahibə və bu müsahibələrə dair şərhlər daxil edilib. Mixail Qusmanın həmsöhbətləri arasında BMT-nin baş katibi Pan Gi Mun, Almaniyanın Federal Kansleri Angela Merkel, Norveç Kralı V Harald, Çex Respublikasının ilk Prezidenti Vatslav Havel, Roma Papası XVI Benedikt, ABŞ Prezidenti Barak Obama, UNESCO-nun baş direktoru İrina Bokova, FİFA-nın prezidenti Yozef Blatter və bir çox başqaları var. “Hakimiyyət formulu”nun qəhrəmanları – krallar və kraliçalar, prezidentlər və baş nazirlər yeni minilliyin əsas çağırışlarına cavab tapmaq kimi yüksək missiya daşımışlar. Müəllifin öz qəhrəmanları ilə apardığı səmimi müsahibələrdə təkcə onların hakimiyyət zirvələrinə gedən yolundan deyil, həm də şəxsi həyatından, həvəsindən, bəzən yüksək siyasətdən uzaq maraqlarından söhbət açılır. Mixail Qusman kitabın oxucularına müraciətində yazır: “Bu görüşlərin hər biri unudulmazdır. Hər bir görüş məni yeni biliklərlə zənginləşdirib, dünyanı daha yaxşı dərk etməyimə imkan verib”.
Tanınmış həmyerlimiz, müasir media məkanının aparıcı simalarından biri olan Mixail Qusmanın müəllifi olduğu bu kitab şübhəsiz ki, oxucularda böyük maraq doğuracaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10